Finlandiya prezidenti Sauli Niinistö Ukraynadakı münaqişənin sona çatmasına kömək edəcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinlə danışmağa hazır olduğunu bildirib.
HİT.az xəbər verir ki, dövlət başçısı bu barədə "Yle"yə müsahibəsində danışıb.
Lakin onun sözlərinə görə, hazırda hadisələrin belə inkişafı üçün heç bir ilkin şərt yoxdur. "Mən Putinin indi zəng edəcəyini düşünmürəm", deyə Niinistö bildirib.
Finlandiya prezidenti ümid etdiyini bildirib ki, Ukraynadakı vəziyyət uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməyəcək. Onun fikrincə, döyüşlər mövqe müharibəsinə çevrilir.
Samir