Əməkdar artist: "Yaxın vaxtlarda Xankəndində çıxışımız olacaq"

MƏDƏNİYYƏT
13:18 / 20.10.2023
658

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 3 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib.

Əməkdar artist Elnur Əhmədov Hit.az-a açıqlamasında bu günün onun üçün qürurverici olduğunu qeyd edib:

"Çox sevincliyəm, Allah şəhidlərə rəhmət eləsin, qazilər can sağlığı versin. Şükürlər olsun ki, 30 illik həsrətə son qoyulub, Qarabağ, işğal altında olan torpaqlarımız azad olundu. Bütün dünyanın hər bir ölkəsində qürurla mədəniyyət əsgərləri olaraq çıxış edirik. “Qarabağ muğam” qurupu olaraq sənət dostlarım Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Elçin Həşimov, Kamran Kərimovla birgə dünyanın elə bir ölkəsi yoxdur ki, orada çıxış etməyək. Bizim üçün dünyanın ən böyük səhnəsi Şuşa - Cıdır düzüdür”.

Elnur Əhmədov bu yaxınlarda Xankəndində də çıxışlarının olacağını qeyd edib.

Azra

0