İsrailin sabiq baş naziri: "Biz Ukraynaya daha çox kömək etməli idik"

DÜNYA
22:43 / 20.10.2023
480

İsrailin keçmiş baş naziri Ehud Barak hesab edir ki, onun ölkəsi müharibə başlayandan Ukraynaya daha çox dəstək verməli idi.

HİT.az xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına müsahibəsində bildirib.

"Məncə, İsrail əvvəldən Ukraynaya daha çox dəstək verməli idi. Bir ölkə qonşusunu xəritədən silmək istəyəndə ilk biz ayağa qalxmalıyıq. Düşünürəm ki, bu, mümkün olacaq”, deyə o bildirib.

Ehud Barak həmçinin qeyd edib ki, Suriyadakı vəziyyətə görə İsraillə yaxşı münasibətlər saxlamaq Rusiya prezidenti Vladimir Putinin maraqlarına uyğundur.

Bundan əvvəl Ehud Barak HƏMAS-ın yəhudi dövlətinə hücumunu kəşfiyyat xidmətlərinin, hərbçilərin və siyasətçilərin tam uğursuzluğu adlandırmışdı:

"Bu, əlbəttə ki, kəşfiyyat xidmətlərinin, hərbçilərin və siyasətçilərin tam uğursuzluğudur. Benyamin Netanyahu və onun sağçı hökuməti illərdir HƏMAS-a dolayısı ilə yardım edir. Qətərdən pulun Qəzzaya axmasına icazə verdilər. Bunun arxasında bir strategiya var idi. Nə qədər ki, HƏMAS var idi, Netanyahu fələstinlilərlə danışıqların qeyri-mümkün olduğunu iddia edə bilərdi".

Samir

0