Yaxın gələcəkdə İsveç hakimiyyət Fələstinin HƏMAS hərəkatına rəğbət bəsləyən insanları krallıqdan deportasiya edə bilər.
HİT.az xəbər verir ki, bunu İsveçin miqrasiya naziri Maria Malmer Stenerqaard "Aftonbladet" qəzetinə deyib.
Onun sözlərinə görə, əgər insan terroru yayan yolu dəstəkləyirsə, o zaman onun ölkədə qalmaq hüququ sual altına düşür.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Samir