“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova ədalətli oyun prinsiplərinə görə verilən ən nüfuzlu idman mükafatı “Jean Borotra World Fair Play Career” ilə təqdim olunub.
HİT.az xəbər verir ki, o, mükafatı Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb.
Qurbanov karyerası ərzində ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb.
Baş məşqçinin CİFP-in “Jean Borotra World Fair Play Career” və “Pierre de Coubertin World Trophy” mükafatlarına təqdimatı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) tərəfindən gerçəkləşib. Komitə onun bir dəfə deyil, karyerası boyu ədalətli oyun prinsiplərinə sadiq qalmasını nəzərə alıb və Qurbanovu daha nüfuzlu “Jean Borotra World Fair Play Career” mükafatına layiq görüb.
Xatırladaq ki, Qurbanov Konfrans Liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” - “Marsel” matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib. 2015-ci ildə “İnter”lə Premyer Liqa, üç il sonra “Kuban”la yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.