Abşeronda yeni salınmış yaşayış məntəqəsi bu ad verildi

İQTİSADİYYAT
17:04 / 23.10.2023
636

Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olub.

HİT.az "Report"a istinadən xəbər verir ki, bunu oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclasında Komissiyasının sədri, deputat İsa Həbibbəyli deyib.
 
O qeyd edib ki, müraciətdə həmin yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.
 
İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.

0