Ukraynanın kənd təsərrüfatı 1,5 ildə nə qədər pul itirib? - MƏBLƏĞ

DÜNYA
17:21 / 23.10.2023
459

Ukraynanın kənd təsərrüfatı sektorunda əmtəə istehsalçıları hərbi əməliyyatların başlanmasından keçən 1,5 il ərzində 40 milyard dollardan çox itirib.

HİT.az xəbər verir ki, bu barədə "Rada" kanalında Ümumkrayna Aqrar Şurasının sədr müavini Denis Marçuk bildirib.

Jurnalist Marçukdan Ukraynanın 1,5 ildən çox müddətdə nə qədər pul itirdiyini soruşub. "Bu mövsümdə qiymətlərin düşməsi səbəbindən Ukrayna əmtəə istehsalçıları artıq 3,5 milyard dollardan çox itiriblər", deyə Marçuk əlavə edib.

Onun sözlərinə görə, bütün itkilərə birlikdə nəzər salsaq, onun 40 milyard dollardan çox olduğu təxmin edilir.

Həmçinin Ümumkrayna Aqrar Şurasının rəis müavini izah edib ki, əgər Ukrayna istehsalçıları maliyyə cəhətdən dəstəkləmək üçün imkanlar axtarmasa, növbəti mövsümdə onların sayı azalacaq.

Samir

0