Oktyabr ayında 15 intihar hadisəsi qeydə alınıb - SİYAHI

19:46 / 23.10.2023
519

Son zamanlar intihar hallarının sayı daha da artıb. Demək olar ki, hər gün ya intihara cəhd, ya da intihar hadisəsi ilə bağlı xəbərlər alırıq.

Bu ay da intihar halları kifayət qədər çox olub. 

Hit.az bu ay intihar edənlərlə bağlı xronoloji məlumat hazırlayıb. Araşdırmaya əsasən, bu ay 15 intihar halı yaşanıb. Hər bir intihar hadisəsi ilə əlaqədar olaraq, araşdırmalara başlanılıb.

*2 oktyabr tarixində Şirvan rayonunun Gürcivan kənd sakini, 1988-ci il təvəllüdlü Sakit İsmayılov yaşadığı evdə özünü asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. 

*4 oktyabr tarixində Samux rayonunda intihar hadisəsi qeydə alınıb. Samux rayon Çobanabdallı kəndində 1968-ci il təvəllüdlü Natiq Abdullayev özünü asaraq intihar edib. İntihar edən şəxsin psixoloji problemləri olduğu bildirilib. 

*9 oktyabr Göyçayda 73 yaşlı qadın intihar edib. Hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. 1950-ci il təvəllüdlü Göyçay rayonu, Çayarxı kəndində yaşayan son zamanlar yaşlılığı ilə əlaqədar ruhi-əsəb sarsıntısı keçirmiş Mədinə Yusifova kürəkəninə məxsus evin həyətyanı sahəsində özünə qəsd edib.

*Oktyabrın 10-da Bakı şəhər sakini Quliyev Bəhruz Tarael oğlu yaşadığı evin həyətində quraşdırılmış dəmir konstruksiyalı asılqandan bel kəməri ilə özünü asaraq intihar edib. İlkin araşdırma zamanı 1971-ci il təvəllüdlü mərhumun əvvəllər işemik insult keçirdiyi, bununla əlaqədar bir sıra psixoloji gərginlik yaşadığı, son zamanlar isə həyatından narazı olduğu məlum olub.

*13 oktyabr Neftçala rayonu, Xəzər kənd sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilova yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

*14 oktyabr Daşkəsən rayon Davrallı kəndində intihar hadisəsi qeydə alınıb. Daşkəsən rayon Alunitdağ qəsəbə sakini 2003-cü il təvəllüdlü Qamət Ələkbərov özünü qonaq getdiyi baba evinin həyətində ağacdan asaraq intihar edib.

*14 oktyabr tarixində Beyləqanda 60 yaşlı qadın intihar edib. Hadisə rayonunun Birinci Aşıqlı kəndində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Pakiza Əliyeva yaşadığı evin həyətində həyatına qəsd edib.

*17 oktyabr Bakıda 41 yaşlı qadın intihar edib. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, oktyabrın 16-da 3-cü Əhmədli küçəsi, ev 30 ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Gülnarə Məmmədova yaşadığı fərdi yaşayış evinin eyvanında mələfə vasitəsilə özünü asıb.

*17 oktyabr jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli özünü asaraq intihar edib. Bu barədə O.Məmmədlinin tanışları sosial şəbəkədə bildiriblər. Qeyd edək ki, cütlüyün iki azyaşlı övladı var.

*Oktyabrın 18-də Balakəndə 38 yaşlı kişi intihar edib. 1985-ci il təvəllüdlü, rayonun Hənifə kəndində yaşayan Elmir Şabanov ailəsinə məxsus fındıq bağında sirkə turşusu içərək həyatına qəsd edib.

*18 oktyabrda 1959-cu il təvəllüdlü, Şəki şəhəri, Şəhriyar küçəsi, ev 1/5 ünvanında yaşayan Xanlar Məmmədov Xanlar yaşadığı evin həyətindəki yarımtikilinin taxta tirinə bağlanmış ipdən asılmış vəziyyətdə aşkar edilib. Onu kürəkəni İlməddin Rəhimov aşkar edib.

*19 oktyabr Yevlaxda 33 yaşlı kişi intihar edib. 1990-cı il təvəllüdlü Nicat Əjdərli yaşadığı evin birinci mərtəbəsində yerləşən fəaliyyət göstərdiyi stomatoloji kabinetdə özünə qəsd edib.

*20 oktyabr Göygöldə 24 yaşlı gənc intihar edib. Göygöl rayon sakini, 1999-cu il təvəllüdlü F.Kərimli özünü yaşadığı evin həyətində asıb. Qeyd edək ki, mərhumun atası İlham Kərimov Ucar və Ağstafa Rayon Polis Şöbələrində rəis müavini olub. O, hazırda Gədəbəy Rayon Polis Şöbəsində təhqiqatçıdır.

*20 oktyabr Oğuz rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Sincan kəndində qeydə alınıb. Bakı şəhəri Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Müzəffər oğlu Mustafayev Sincan kəndində evlərdən birinin tavanından özünü asaraq intihar edib. Məlumata görə, 39 yaşlı Ramil Mustafayevin özünü asdığı ev onun keçmiş həyat yoldaşına məxsus olub. Bir müddət öncə boşansalar da, birgə yaşayıblar.

*23 oktyabr tarixində Qubanın Amsar kəndinin 1992-ci il təvəllüdlü sakini Sərvər İslamov yaşadığı evin həyətində meyvə ağacından özünü asaraq intihar edib. Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

Aynur Əli

0