“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Araz-Şöhrət” Şirkətinin məhkəməyə verib.
Hit.az xəbər verir ki, ASC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Ülkər Həsənovanın icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi lizinq müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Anar