Kamran Əsədov sayt açdı: \"Azərbaycanda xarici dilli təhsillə bağlı problem var\"

01:14 / 12.05.2020
1086

Təhsil eksperti Kamran Əsədov “Təhsil.biz” adlı yeni sayt açıb.

Hit.Az xəbər verir ki, bu barədə News24.az-a o özü məlumat verib. Ekspertin sözlərinə görə, sayt Azərbaycan, türk, rus və ingilis dillərində fəaliyyət göstərir: “Gələcəkdə səkkiz dildə yayımlamağı düşünürük. Hazırda çin, ispan, fransız dili ilə bağlı bizə əməkdaşlıq müraciəti var”.

K.Əsədovun sözlərinə görə, Azərbaycanda xaricdə təhsil sistemində baş verən hadisələrlə bağlı vahid bir portal yox idi: “Azərbaycanda xarici dili təhsillə bağlı problem var. Dünyada baş verən təhsil xəbərlərini əldə etmək üçün, eyni zamanda, Azərbaycanın təhsil uğurlarını dünyaya çatdıracaq bir mənbəyə ehtiyac var idi. Məhz bu zərurətdən irəli gələrək yeni saytın açılması ortaya çıxdı”.

Qeyd edək ki, sayt “Kamal” kurslarının maliyyə dəstəyi ilə yayımlanır.
 

0
News24.az