Bu qış şaxta olmayacaq? - AÇIQLAMA

ÖLKƏ
14:40 / 24.10.2023
828

Payız mövsümündə olmağımıza baxmayaraq, ölkəmizdə havanın mülayim keçdiyi müşahidə olunur.

Ötən illərə nisbətən havanın temperaturu yüksəkdir. Oktyabrın sonlarına gəlməyimizə rəğmən, havalar əvvəlki illərə nisbətən isti keçir. Temperaturun yüksək olması səbəbindən bu qışın şaxtalı və soyuq olmayacağı deyilir.

Görəsən bu payız və qış necə keçəcək? Ötən illərə nisbətən havanın mülayim keçəcəyi proqnozlaşdırılır?

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, Azərbaycan Böyük Qafqaz dağlarının güneyində yerləşdiyindən bir növ güclü şimal hava axınlarından qorunur:336469"Həmçinin, Kiçik Qafqaz və Talış dağları da ölkəmizi cənubdan gələn isti tropik hava axınlarından qoruyur. Ölkəmizin əsas ərazisi subtropik, Böyük Qafqaz dağlarının güney yamaclarında olan ərazilərimiz isə mülayim qurşağa aiddir. Bu mənada, hazırda Azərbaycan ərazisində subtropik qurşağa xas hava hakimdir.  Şübhəsiz ölkəmizin yerləşdiyi qurşaqdan əlavə bir də ərazidə olan dağlar, dəniz və s. də iqlimin formalaşmasına təsir edir. Məsələn, Xəzər dənizi özlüyündə bir iqlimyaradıcıdır".

Həmsöhbətimiz qeyd edib ki, yalnız bir-iki ilin eyni ay və gününün hava durumu müqayisə edilərək iqlim dəyişikliyi haqda proqnoz vermək olmaz:

"Bu, mütəxəssis və müvafiq idarələrin işidir. Hətta ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, bu oktyabrın daha yağıntılı və sərin keçidiyini görərik. Cari ilin qış aylarında həm Bakı və Abşeronda, həm də Mərkəzi Aran və Muğanda yenə mülayim və quraq olacağını ehtimal edirəm. Hazırkı amplituda dağlıq və dağətəyi bölgələrimizdə bol yağıntı olacağına ümid yaradır".

Pərviz

0