BDU ilə “Azərsu” arasında su pulu problemi davam edir

İQTİSADİYYAT
18:03 / 24.10.2023
640

Bakı Dövlət Universiteti (BDU) ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir. 

Hit.az xəbər verir ki, iş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini BDU verib. Universitetin şikayətinə hakim Bəhman Qəribovun sədrliyi ilə baxılacaq. 

İşin mahiyyəti istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə mübahisələrdən ibarətdir. 

Məhkəmə çəkişməsi ötən ildən davam edir. BDU Bakı Kommersiya Məhkəməsində “Azərsu”ya qarşı iddia qaldırıb. Birinci və apellyasiya instansiyalarının qərarı universiteti qane etmədiyindən iş Ali Məhkəməyə qədər uzanıb. 

Anar

0