Aİ Yaxın Şərqdə atəşkəsi niyə dəstəkləmir? - AÇIQLAMA

DÜNYA
16:56 / 25.10.2023
554

Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə rəsmi nümayəndəsi Piter Stano bildirib ki, siyasi assosiasiya Yaxın Şərqdə atəşkəs rejimini dəstəkləmir, çünki HƏMAS İsrailə qarşı təcavüzkar hərəkətlərini davam etdirir.

HİT.az bu barədə “European Truth” nəşrinə istinadən xəbər verir.

“İndiki mərhələdə Aİ-dən sadə bir səbəbdən atəşkəs çağırışları yoxdur - HƏMAS İsrailə qarşı terror hücumlarını davam etdirir. Dünən, srağagün və məncə, bu gün HƏMAS raketləri Qəzzadan uçur və fərq qoymadan İsraildəki hədəfləri vurur", deyə o, jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Stano vurğulayıb ki, radikal qruplaşma terrorçu müharibəyə başlayıb və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açır.

Aİ nümayəndəsi qeyd edib ki, assosiasiya İsraili beynəlxalq humanitar hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna dəstək verməkdə davam edir.

Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billström bildirmişdi ki, Avropa İttifaqı Fələstin-İsrail qarşıdurmasının yeni mərhələsi fonunda Yaxın Şərqdə vəziyyəti diplomatiya yolu ilə sabitləşdirməyə çalışacaq. Onun sözlərinə görə, Brüssel münaqişəni dayandırmağa və humanitar yardımın çatdırılmasına nail olmağa ümid edir.

Samir

0