İtaliyanın baş naziri Corgi Meloni hesab edir ki, Avropa İttifaqı Ukraynaya dəstəyi dayandırmamalıdır.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, indiki vəziyyətdə Kiyevə kömək etməkdən imtina etmək səhv olardı.
"Biz Ukrayna xalqına dəstəyimizi bir daha bəyan etmək niyyətindəyik. Biz Ukrayna məsələsinə dəstəyi azaltmaq kimi səhvə yol verməməliyik", deyə Meloni bildirib.
O əlavə edib ki, HƏMAS-ın İsrailə hücumu fonunda Kiyevin dəstəyi vacibdir. Meloni vurğulayıb ki, İtaliya təkcə indiyə deyil, həm də dinc gələcəyə, Ukraynanın Avropadakı gələcəyinə baxır.
Samir