Cavanşir Laləni məhkəmə ilə hədələdi

MAQAZİN
21:33 / 25.10.2023
481

Əməkdar artist Cavanşir Məmmədov yenidən aparıcı Lalə Azərtaşı tənqid edib. 

Axşam.az xəbər verir ki, bu haqda "Xəbər-ətər" proqramında danışan müğənni aparıcını məhkəmə ilə hədələyib. O bildirib ki,

"Deyir ki, xalqın gözü tərəzidir. Onda niyə xalq sənə o qədər təhqir yazdı. Çıxsın desin ki, Mustafa dələduzdur. Televiziyada söz verdi ki, Mustafa həbs olunsa deyəcəyəm. Məndə həmin verilişlərin yeddi diski var. Hamısında da yeddi cinayət işi var. Lalə ilin sonuna qədər Mustafaya efirdə çıxıb "dələduz" deməsə, cinayət işi qaldırılacaq və məhkəməyə gedəcək.

Lalə deyir ki, mən düz adamam. Hər şeyi düz danışıram. Çıx xalqın önündə de ki, Mustafa həbs olundu, dələduzdur. Bununla da səninlə bitirək bu söhbəti. Etməyəcəksənsə, onda sona kimi gedəcəyik. Yolumuz uzundur.

Lalə ailəmi, həyat yoldaşımı, qızımı, nəvəmi təhqir edib. Cavab verməlidir... Mənə Lalə lazım deyil. Mənə məhkəmə lazımdır. Mustafa həbsə getdi, o tərəfi bitdi. Lalə deyir ki, Ali Məhkəmə var. Lalə, yadında saxla, deyirsən ki, hüquqşünassan. Hüquqşünazlığınıza şübhə ilə yanaşıram. Çünki Ali Məhkəmədə iş getsə və Mustafa orada uduzsa, Mustafa o pulu (Mustafa İbilin Cavanşir Məmmədova 170 min manat borcu var –red.) mənə qaytarsa belə, o, həbsdən çıxa bilməyəcək. Ali Məhkəmənin çıxardığı hökm belə olur. Ona görə də sual altında qalmısınız".

Qeyd edək ki, C.Məmmədovla L.Azərtaş arasındakı qalmaqala səbəb ifaçının keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İblini verilişinə çıxartması olub. Mustafa aparıcıdan ona şər atıldığını deyərək, yardım istəyib.

Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. 

0