Dönərdən zəhərlənən şagirdlərin sayı artdı

HADİSƏ
09:31 / 26.10.2023
468

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.

Bu barədə HİT.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub:

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Məlumata görə, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Xatırladaq ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib. Əvvəlcə 20 şagird xəstəxanaya müraciət edib, sonra isə daha 3 şagird xəstəxanaya yerləşdirilmişdi.

0