Bəlkə, Ramil ömrünün qalan hissəsini də vətənində həbsdə yatmalı idi? 

ÖLKƏ
14:50 / 27.05.2020
1400

Azərbaycan parlamentinin vitse-spikeri Adil Əliyev Ermənistanın Ramil Səfərova qarşı açdığı məhkəmə davasından və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarından yazıb.

HİT.Az xəbər verir ki, Adil Əliyevin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir: "Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir. Ramil Səfərov 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya olunub, üstündən 8 il keçsə də, ermənilərin “hirsi” soyumayıb.

Ramil Səfərov Azərbaycanın fəxri oğludur. Onun yerində hansı soydaşımız olsaydı, Azərbaycan bayrağını təhqir edəni cəzalandırardı. Ermənistan hakimiyyəti hansı haqla Ramil Səfərovun işi üzrə maddi və mənəvi zərərin əvəzinin ödənlməsini tələb edir?

Ramil Səfərov 8 il Macarıstan həbsxanasında yatıb, Azərbaycana ekstradisiya olunub və dövlət başçısı İlham Əliyevin qərarıyla əfv edilib. Bəlkə ermənilər düşünürdülər ki, Macarıstanda 8 il həbs həyatı yaşayan Ramil Səfərov ömrünün qalan hissəsini də vətənində həbsdə yatmalı idi? Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçılar onu qara-qara düşünsünlər ki, törətdikləri cinayətlərə, işğala, qətliamlara və soyqırımlara görə cavab verməli olacaqlar. Digər tərəfdən, həmin Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarı var. Həmin qərara görə Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunub. Bu, Azərbaycan torpaqlarının işğalının, yəni cinayətin rəsmən təsdiqidir. Avropa İnsan Hüquqları Məhkəməsindən “ədalət” tələb edən Ermənistan eyni təşkilatın bir başqa vacib qərarını yerinə yetirmək – işğala və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna son qoymaq istəmir. Ona görə də Ermənistan hakimiyyətinin Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Özü də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsas istəyini yerinə yetirməyib. Birincisi, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. İkincisi, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia rədd edilib. Azərbaycana, onun bayrağına və məmləkətimizin layiqli övladına dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar".

 

0