Könül İsmayılova: "Onun bu açıqlaması boşanmaların sayını artıracaq"

SOSİAL
15:49 / 26.10.2023
1350

"Niyə boşanırsız? Ərim mənə bahalı, 3 minlik telefon almır”. Boşanmaların sayı günü-gündən artdığı ərəfədə bəziləri üçün bahalı telefon səbəb sayılacaq və buna görə ailəsini dağıdacaq”.

Bu sözləri psixoloq Könül İsmayılova hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, bəzi psixoloqlar gündəmdə qalmaq üçün bilərəkdən insanlarda qıcıq yaradacaq ifadələr işlədir: 

“Sosial şəbəkədə, mediada həmin psixoloqun səsləndirdiyi fikir bir neçə gün müzakirə olunacaq və beləliklə o məşhurlaşacaq. Həmin ifadə ilə psixoloq özünü reklam etdi və bacardıda”.

Həmsöhbətimiz qeyd edib ki, bu gün ölkədə peşəkar psixoloq problemi yaşanır. Ölkədə psixoloq çoxdur, ancaq peşakar, öz sahəsinin mütəxəssisi olduqca azdır: 

“Ümumiyyətlə, psixoloqlar özbaşına bir sahədir, heç bir nəzarət yoxdur, alver, biznes, gəlir mənbəyi olub. Bəzi psixoloqların özlərinin müalicəyə ehtiyacı var. Onların fəaliyyəti cinayətdir.  “Həyat yoldaşım 3 minlik telefon almırsa, boşanmaq kimi şansım var” fikri boşanmaların sayını artıracaq. Bəzi xanımlar bu ifadəni əlində “bayraq” edib boşanmaq üçün məhkəməyə üz tutacaq. Bu səbəbdən də hesab edirəm ki, psixoloqları da müəllimlər kimi sertifikasiya etsinlər. O zaman peşəkar psixoloq kimdi  bəlli olacaq”. 

Sevinc

1