Belçika Qəzzanın blokadasına dərhal son qoyulmasını tələb edir

DÜNYA
18:04 / 26.10.2023
486

Belçikanın baş naziri Aleksandr De Kroo hesab edir ki, İsrail hakimiyyəti Qəzza zolağının blokadasını dayandırmalıdır. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, bu cür addımlar yəhudi dövlətinin müdafiə hüququ ilə əsaslandırıla bilməz.

"İsrailin özünü müdafiə etmək, növbəti terror hücumlarından müdafiə etmək hüququ var. Lakin bu, milyonlarla mülki vətəndaşı əsas ehtiyacları ödəmək imkanından məhrum etməyə haqq qazandıra bilməz”, deyə De Kroo bildirib.

O əlavə edib ki, HƏMAS-ın İsrailə hücumu Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. De Kroo vurğulayıb ki, Fələstin qruplaşması təkcə xarici vətəndaşları deyil, həm də Qəzzanın bütün əhalisini girov saxlayır:

"Ona görə də biz deyirik: girovları azad edin, humanitar yardıma icazə verin, bundan sonra danışıqlar masasına otura bilərik".

Samir

0