Nərimanov Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.
Hit.az xəbər verir ki, iddiaçı Rzayeva Səbinə Oqtay qızıdır.
Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Rüstəm Kərimli iş üzrə hakim təyin edilib.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevdir.
Anar