Viktor Orban Aİ-nin hazırkı rəhbərliyinin dəyişdirilməsini istəyir

DÜNYA
14:47 / 27.10.2023
422

"Avropa İttifaqının hazırkı rəhbərliyi böhran vəziyyətlərinin öhdəsindən gələ bilmədiyi üçün dəyişdirilməlidir".

HİT.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"un efirində deyib.

Onun sözlərinə görə, Brüsseldə Ukrayna münaqişəsi ilə bağlı yaranmış problemləri həll etməyə qadir olan yaxşı liderlər çatışmır.

"Bəlkə də sülh dövründə onlar yaxşı liderdirlər", deyən Orban indi bu rəhbərliklə uğur qazanmağın mümkün olmadığı "fırtınalı vaxt" olduğunu deyib.

Macarıstanın baş naziri Brüsseldə "dəyişikliyə ehtiyac olduğunu" vurğulayıb və 2024-cü ilin iyununda Avropa Parlamentinə seçkiləri xatırladıb. Orban çətin anlarda belə "baş nazirlərin işini koordinasiya edə biləcək" liderləri tapmağa çağırıb.

Samir

0