Suriyada ABŞ-Rusiya qarşıdurması? - Kremldən cavab

DÜNYA
15:00 / 27.10.2023
698

Kreml hesab edir ki, ABŞ hərbçilərinin Suriyadakı İran hədəflərinə zərbə endirməsi çətin ki, Rusiya Silahlı Qüvvələrinin münaqişədə iştirakına hər hansı təsir göstərsin. 

HİT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi brifinqdə bildirib.

Kreml rəsmisindən ABŞ-ın Suriyadakı İran hədəflərinə zərbələr endirməsinin Rusiya hərbçilərinin fəaliyyətinə necə təsir edəcəyi və onların münaqişəyə cəlb olunacağı ilə bağlı hər hansı qorxunun olub-olmaması soruşulub.

"Hazırda belə bir narahatlıq yoxdur. Zərbələrə gəlincə, Fələstin və İsrail arasında artan gərginlik bütövlükdə regionda gərginliyə səbəb olur. Bu, çox pisdir", deyə Peskov cavab verib.

Oktyabrın 27-də ABŞ Suriyadakı iki İran hədəfinə zərbələr endirib. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, atəşə tutulma əmrini şəxsən ABŞ prezidenti Co Bayden verib və o, bu qərarı iranpərəst qrupların Amerika hərbçilərinin mövqelərinə hücumlarla əlaqələndirib. Ostin Suriyaya endirilən zərbələrin İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasındakı münaqişə ilə bağlı olmadığını açıqlayıb.

Samir

 

0