Təhsil tələbə krediti alanların sayı açıqlandı

İQTİSADİYYAT
16:33 / 28.10.2023
422

Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb.

Fonddan HİT.az-a bildirilib ki, təhsil kreditindən yararlananların 41,73 faizi kişi, 58,27 faizi isə qadın tələbələrdir.

Bildirilib ki, bu günə qədər 25 min təhsil tələbə krediti verilib. Kreditdən yararlananların 72,47 faizi bakalavr, 23,64 faizi magistratura və 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində oxuyan tələbələrdir.

Rəsmiləşdirilən kreditlərin 36,12 faizi sosial, 63,88 faizi isə standart təhsil tələbə kreditidir.

0