Xalq artisti: "İnanırıq ki, yaxın vaxtlar bu problemlər həllini tapacaq"

MƏDƏNİYYƏT
14:34 / 30.10.2023
569

"Azərbaycanda Musiqi Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir".

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib. O bildirib ki, bu forumun ölkəmizdə keçirilməsi musiqinin inkişafında olan problemlərin aradan qaldırılmasında xüsusi önəm daşıyır:

"Forumu alqışlayıram. Musiqidə olan problemlə bağlı müəyyən məsələlər, suallar səsləndirildi. İnanırıq ki, yaxın vaxtlar həllini tapacaq".

Gülyanaq Məmmədova Türkiyyə Cümhuriyyətinin 100 illiyi bayramında da iştirak etdiyini qeyd edib:

"Bir saata yaxın proqramla çıxış etdim. Çox möhtəşəm bir bayram gecəsi idi. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri də iştirak edirdi. Biz həmin tədbirdə Yunis Əmrə Universitetinin həkim nümayəndəliyinin rəhbəri Səlcuq bəyin dəvəti ilə iştirak etdik”.

Gülyanaq Məmmədova yeni mahnılar üzərində işlədiyini vurğulayıb.

Azra

0