Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Kiyevə hərbi dəstək kimi ayrılan vəsaitin böyük hissəsinin ABŞ-da xərcləndiyini bildirib.
HİT.az xəbər verir ki, diplomat bu barədə “Politico”ya müsahibəsində bildirib.
“Ukraynaya ayrılan pulun böyük hissəsi əslində ABŞ-da xərclənib", deyə Landsbergis qeyd edib.
Diplomat əlavə edib ki, bir neçə avropalı siyasətçi amerikalıları Ukraynadakı hərbi münaqişəni maliyyələşdirməyə davam etməyə inandırmaq üçün ABŞ-a səfər etməyə hazırlaşır. Lakin Landsbergis bu siyasətçilərin kim olduğunu və hansı ölkələrdən olduqlarını dəqiqləşdirməyib.
Samir