Sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır, hərbi texnika planlı təmir üçün Rusiyaya göndərilir.
Rusiya Müdafiə Nazirliyinin bu məlumatından iki nəticə çıxır:
Birincisi, rotasiya sülhməramlıların nəzarət zonası və postların ləğv edilməsinin başa çatması deməkdir: 20 sentyabra qədər mövcud olan nəzarət zonasında dayanan kontingent silahların mühafizəsi məqsədilə yaradılan postlara köçürülür;
İkincisi, Rusiya Qarabağda mövcud olan hərbi texnikasını təmir adı altında çıxarır və çıxarılan texnikanın geri qaytarılmayacağı da bəllidir: sülhməramlıların fəaliyyəti rəsmi olaraq başa çatmadığı üçün texnikanın çıxarılması da bu ad altında həyata keçirilir; çıxarılan texnika arasında separatçıların ruslara təhvil verdiklərinin olduğu da istisna deyil və mümkündür ki, Azərbaycan ordusunun nəzarətinə keçən silah-sursat antiterror tədbirləri zamanı ələ keçirilənlərdir;
Asif Nərimanlı