Çin Yaponiyanı Cənubi Çin dənizində yerləşən mübahisəli Diaoyu adalarının sularına gəmiləri buraxmamağa çağırıb.
HİT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Sahil Mühafizəsi Administrasiyasının rəsmi nümayəndəsi Qan Yu məlumat verib.
"Biz Yaponiyanın bu sahədə bütün qeyri-qanuni fəaliyyətlərini dayandırmasını və belə hadisələrin bir daha təkrarlanmamasını təmin etməsini israr edirik", deyə Qan Yu bildirib.
O əlavə edib ki, Çin tərəfi nəzarəti təmin etmək üçün lazımi tədbirlər görüb. Sahil Mühafizəsi Administrasiyasının rəsmi nümayəndəsi həmçinin Pekinin adaları öz ərazisi hesab etdiyini xatırladıb.
Samir