Xalq artistinin muğam qrupu Kubaya getdi

MƏDƏNİYYƏT
15:26 / 01.11.2023
670

Xalq artsiti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ muğam” qrupu Kubada səfərdədir.

Bu barədə Hit.az-a xanəndənin özü məlumat verib. O bildirib ki, səfər Azərbaycanın Kuba və Meksikadakı səfirliklərinin dəvəti ilə baş tutub:

“Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq iki konsert proqramı ilə çıxış edəcəyik. Onlardan biri Havana şəhərində, ikincisi isə Meksikada keçiriləcək. Konsertdə mənimlə birgə Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və Kamran Kərimov da iştirak edəcək”.

Mənsum İbrahimov ikinci konsertin Meksikada noyabrın 3-də baş tutacağını qeyd edib.

Xanəndə noyabrın 7-də Bakıya dönəcəyini bildirib.

Azra

0