Almaniya XİN başçısı Azərbaycana səfər edəcək

SİYASƏT
17:10 / 01.11.2023
519

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrn 3-də Ermənistana səfər edəcək.

HİT.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.

Tərəflərin Cənubi Qafqazdakı durumu da müzakirə edəcəkləri gözlənilir.

O, bir gün sonra, noyabrın 4-də Azərbaycana gələcək.

Səfər çərçivəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.

0