Nazirin bacanağının şirkəti məhkəməyə verildi

18:30 / 02.11.2023
642

Sığorta bazarının əsas oyunçularından olan “Azsığorta” ASC məhkəməyə verilib. 

Hit.az xəbər verir ki, iddiaçı Abbasov Səbuhi Yaşar oğludur. 

Onun iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Anar

0