Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub.
Bu barədə HİT.az-a AKİ-dən məlumat verilib.
Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının il sonuna doğru olacağı gözlənilir.