Könül İsmayılova: "Orta məktəblərdə psixoloq sayı həddindən artıq azdır"

ÖLKƏ
14:28 / 04.11.2023
1015

Ətrafımızda baş verən neqativ hallar böyüklərdən çox azyaşlıların psixikasına mənfi təsirini göstərir. Bunun qarşısını almaq üçün uşağın peşəkar psixoloqla dialoqa, müəyyən seminarlara ehtiyacı olur. 

Bu işi isə məktəb psixoloqları həyata keçirməlidirlər. Təəssüf ki, şagirdlərin öz psixoloqunu tanımadığı məktəblər hələ də var. 

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında qeyd edib ki, bu gün orta məktəblərdə psixoloq sayı həddindən artıq azdır. Bu da keyfiyyətli işin ortaya çıxmasına mənfi təsir göstərir:

“Hər bir uşağın psixoloji durumu fərqli olur. Çox vaxt valideynlər uşağın yaşadığı problemlərdən xəbərsiz olur ki, bu da sonda ağır nəticələrə gətirib çıxarır. Hesab edirəm ki, ibtidai siniflərin və yuxarı siniflərin psixoloqları ayrı olmalıdır. Hər biri şeyi bir psixoloqun üzərinə də atmaqda düzgün deyil, çünki bu sonda keyfiyyətli işlə nəticələnməyəcək. Bundan başqa məktəb psixoloqları üçün mütəmadi kursların təşkil olunmasına ehtiyac var. Çünki hər il tədris proqramları yenilənir. Bundan başqa uşaqların inkişafı, akademik dəyərləri də hər il müasirləşir”.

Psixoloq hesab edir ki, məktəblərdə psixoloq ştatlarının sayı artmalıdır. Psixoloq ştatı şagirdlərin sayına görə açılmalıdır. 300 şagirdi olan məktəbin də 1 psixoloqu var, 3000 şagirdi olanın da.

Sevinc

0