Ən böyük şəhəri paytaxt olmayan ölkələr hansılardır? - SİYAHI

17:25 / 04.11.2023
1098

Dünya ölkələrinin ən çox tanınan şəhərləri adətən paytaxtları olur.

Bir çox ölkənin paytaxtı da məhz ən böyük şəhəri seçilir. Lakin elə dövlətlər var ki, onların paytaxtından daha böyük şəhərləri mövcuddur. Daha doğrusu, ən böyük şəhərləri paytaxt deyil. Hətta dünyada sözügedən ölkələrin ən böyük şəhərləri paytaxtlarından daha çox tanınır.

Bəs həmin ölkələr hansılardır? Bu siyahıda hansı böyük dövlətlər var?

HİT.az ən böyük şəhəri paytaxt olmayan 10 ölkənin siyahısını təqdim edir:

1. Türkiyə
Qardaş Türkiyənin paytaxtı Ankaradır, amma ən böyük şəhəri İstanbuldur.

2. ABŞ
Paytaxtı Vaşinqton olan ABŞ-ın ən böyük şəhəri isə Nyu-Yorkdur.

3. Braziliya
Paytaxtı Brasilia olan ölkənin ən böyük şəhəri San Paulodur.

4. Çin
Çinin də ən böyük şəhəri paytaxt deyil. Belə ki, ən böyük şəhəri Şanxay olsa da, paytaxt Pekindir. 

5. Hindistan
Ən böyük şəhəri Mumbay olan Hindistanın paytaxtı Yeni Dehlidir.

6. Qazaxıstan
Qazaxıstanın paytaxtı Astana, ən böyük şəhəri isə Almatıdır. 

7. Pakistan
Paytaxtı İslamabad olan Pakistanın da ən böyük şəhəri Karaçidir.

8. Kanada
Bu ölkənin paytaxtı Ottava, ən böyük şəhəri isə məhz Torontodur.

9. Birləşmir Ərəb Əmirlikləri
Sözügedən ölkənin paytaxtı Əbu Dabi, ən böyük şəhəri isə Dubaydır.

10. İsveçrə
İsveçrənin isə ən böyük şəhəri Sürix, paytaxtı da Berndir.

Pərviz

0