Sahil Babayev: \"Öz arzusu ilə işdən çıxana sığorta ödənişi vermək olmaz\"

23:50 / 04.11.2023
485

"Öz arzusu ilə işdən çıxana sığorta ödənişi vermək olmaz".

Qaynarinfo xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

Nazir bildirib ki, məşğulluq üzrə proqram ardıcıl və davamlı olmalıdır: "Bəli, bu gün işsizlikdən sığorta ödənişləri azdır. Bu gün reallıq odur ki, işsizlik üzrə sığorta öz arzusu ilə işdən çıxmayan hamını əhatə edir. Öz arzusu ilə işdən çıxana sığorta ödənişi vermək olmaz".

 

1