Bu gün Tehran universitetinin 50 tələbəsi hicab taxmaq qaydalarına riayət etmədiyi üçün töhmət alıb və təhsildən ömürlük uzaqlaşdırılıb.
Bilirsiniz ki, az sayda ölkədə qadınlara məcburi hicab taxmaq qadağası qoyulur.
Ancaq maraqlısı budur ki, bir çox ölkələrdə isə hicab taxmaq qadağan edilib.
Bəs bu ölkələr hansılardır?
Hit.az həmin ölkələrin siyahısını hazırlayıb.
Avstriya
2019-cu ildə Avstriya 10 on yaşına qədər uşaqlar üçün hicab qadağası tətbiq etməyə başlayıb. Buna səbəb kimi qadın və kişilər arasındakı bərabər hüquqluğun qorunması göstərilib.
Bosniya və Herseqovina
Dünyəvi ölkə olsa da, məhkəmələrdə və digər qurumlarda hicab və digər dini simvolların taxılması qadağandır.
Fransa
Fransa 2004-cü ildə məktəblərdə bütün dini geyimləri və simvolları qadağan edən qanun qəbul edib. Lakin qanun universitetlərə şamil edilmir.
Hindistan
Hindistanda bəzi məktəblərdə qızların siniflərdə hicab taxmasına icazə verilməsə də, ölkədə bu qadağan deyil.
Qazaxıstan
2017-ci ildə Qazaxıstanda bəzi məktəblərdə hicab qadağan edilib. Bir il sonra hökumət insanların ictimai yerlərdə hicab və buna bənzər geyimlər geyinməsini qadağan edib.
Qırğızıstan
Qırğızıstanın bəzi məktəbləri 2011, 2012 və 2015-ci illərdə hicablı müsəlman tələbələrin dərsə getməsinə mane olub.
Rusiya
Rusiyanın iki regionunda - Mordoviya Respublikası və Stavropol vilayətində məktəb və universitetlərdə hicab qadağası qoyulub.
Özbəkistan
2012-ci ildə hökumət hicab və bunun kimi dini geyimlərin bazarda satışını qadağan edib. 2018-ci ildə Özbəkistanlı imam ölkə prezidentini dini simvollara, o cümlədən hicablara qoyulan qadağanı aradan qaldırmağa çağırdıqdan sonra Özbəkistan hakimiyyəti tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Aynur Əli