WP: \"Kiyev üçün fürsət pəncərəsi bağlanıb\"

15:39 / 06.11.2023
388

Kiyev üçün Rusiya ilə münaqişəni danışıqlar yolu ilə əlverişli nəticəylə həll etmək üçün fürsət pəncərəsi bağlanıb.

Hit.az xəbər verir ki, bu barədə "Washington Post"un köşə yazarı Ceyson Uillik yazır.

Onun sözlərinə görə, Ukrayna qoşunları tükənib, silah ehtiyatları da tükənmək üzrədir, Qərb isə Kiyevə gələcək dəstək məsələsində qütbləşib.

“Ukraynanın xeyrinə olan danışıqlar yolu ilə həll pəncərəsi, əgər belə olubsa, şübhəsiz ki, bağlanıb”, deyə Villik yazır.

O, Rusiya Federasiyasının texnoloji nöqteyi-nəzərdən döyüş meydanında dalana dirənmiş vəziyyətdə olduğunu qeyd edərək, Kremlin işçi qüvvəsində uzunmüddətli üstünlüyə malik olduğunu qeyd edib.

Müəllif vurğulayıb ki, Ukrayna məğlubiyyətin qarşısını almaq üçün qeyri-müəyyən müddətə Qərbin köməyinə ehtiyac duyur.

Samir

0