Fatimə Hacıbəyli: “Necə yəni xəstə həkim münasibətinin sonu siğəliklə bitməlidir?”

SOSİAL
17:44 / 06.11.2023
679

İlahiyyatçı Hacı Təyyar Hüseynlinin "Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir" açıqlaması ictimaiyyətdə müzakirəyə səbəb olub. 

Bu azmış kimi ilahiyyatçı növbəti dəfə açıqlama verərək, ümumiyyətlə kişi və qadınların harada olmasından aslı olmayaraq bir yerə düşərlərsə, siğə etdirməli olduqlarını deyib: “Evli xanımlar bu cür tibbi proseslərdən öncə həkimlə dini cəhətdən müqavilə bağlamalıdır ki, kişi həkimin qadına toxunması günah sayılmasın. Bu tələb dini cəhətdən vacib sayılır. Bu cinsi məsələ deyil, qarşılıqlı müqavilə məsələsidir. Bu ilahi qadağanın tənzimləmə məsələsidir. Qadınlar qadın həkimlərə müraciət etsin, kişilər kişi həkimə. Bu daha rahat olar…”.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd etdi ki, bu məsələnin müzakirə olunması utancvericidir: “XXI ərsrdə siğəlikdən danışılır. Necə yəni xəstə həkim münasibətinin sonu siğəliklə bitməlidir? Fərqi yoxdur xəstə müalicə olmağa gəlir, kosmetik prosedur etdirir deyə həkimlə siğə olunmalıdır? Bunu deyən hansı dünyada, hansı əsrdə yaşayır? 

Heç kim öz yaxınına rəva bilmədiyi şeyi dilinə gətirməməlidir. Təəssüf ki, bu, bəzi kişilərin uydurduğu bir məsələdir. Özünə hörmət qoyan şəxs belə addım atmaz. Nə peyğəmbərin dövründə, nə də sonradan belə bir anlayış olmayıb.


Qadına müəyyən məbləğ ödəyirsən və o, razılaşırsa qadınla bir yerdə olursan. Bunun fahişəlikdən fərqi nədir? Kim razı olar ki, bir qadın kiminsə 3 saatlıq, 1 günlük, 3 günlük arvadı olsun? Sabah bundan doğulanlar, dünyaya gələnlər necə olacaq? Bu cəmiyyəti parçalamaq üçün ortaya atılmış bir anlayışdır. Ailə anlayışına qarşı çıxan bir anlayışdır”.

 

0