Ukrayna Müdafiə Nazirliyinin (GUR) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya ilə barışmaq üçün ölkə prezidenti Volodimir Zelenskiyə qarşı generalların sui-qəsdinə rəhbərlik edə bilər.
Hit.az xəbər verir ki, bu barədə müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan özünün Silahlar və Strategiya bloqunda yazıb.
“Zelenski üçün real təhlükə varsa, bu, Budanovdan və onunla ukraynalı generallar arasında hər hansı ittifaqdan irəli gəlir”, deyə ekspert bildirib.
O, hesab edir ki, sui-qəsdçilər Zelenskini Rusiya Federasiyası ilə sülh danışıqlarına razılaşmağa və ya onu başqa prezidentlə əvəz etməyə məcbur edə bilərlər.
“Mövcud tendensiya Zelenski və Ukrayna üçün mənfidir. Döyüş meydanındakı əsgərlər bunu artıq bilirlər”, deyə Brayan əlavə edib.
Samir