Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota" növbəti dəfə dünyanın diqqət mərkəzinə düşüb.
HİT.az xəbər verir ki, şirkət qlobal miqyasda indiyə kimi 300 milyon avtomobil istehsal edib.
"Toyota" öz ölkəsində 180,52 milyon, digər ölkələrdə isə 119,6 milyon avtomobil istehsal edib. Ən çox ümumi istehsala sahib olan "Corolla" modeli isə 53 milyon 399 min ədədə çatıb.
Üstəlik, tarixdə ilk dəfə olaraq, bir avtomobil şirkətinin istehsalı və satışı ilinin birinci yarısında 5 milyon ədədi ötüb.
Qeyd edək ki, "Toyota" ardıcıl 3 il dünyanın ən çox satılan avtomobil istehsalçısı olub.
Pərviz