Dövlət YUĞ Teatrı Massalı rayonuna səfərə gedir.
Bu barədə Hit.az-a sözü gedən teatrdan məlumat verilib.
Teatrdan bildiriblər ki, səfər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabr ayının 14-də reallaşacaq. Kollektiv səfər çərçivəsində Masallı rayon Mədəniyyət Mərkəzində “Şəbədə” tamaşasını nümayiş etdirəcək.
M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Gümrah Ömər, rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.
Qeyd edək ki, tamaşada aktyorlar Oqtay Mehdiyev, Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Ziya Ağa və Ləman Mərrih çıxış edir.
Azra