İstanbulda çörək bahalaşdı

10:20 / 10.11.2023
472

İstanbulda çörəyin yeni qiymət bahalaşıb.

İstanbul Ticarət Palatasına (İTO) bağlı çörəkbişirmə sexlərində qiymətlər dəyişib.

İTO-nun noyabr ayı şura iclasında Maksimum Çörək Qiyməti Tarifinə əsasən, 200 qram çörəyin qiyməti 8 lirə olub.

Məlumata görə, İTO-nun noyabr ayı şura iclasında İstanbulda İTO-ya üzv olan çörəkbişirmə müəssisələrinin çörək qiymət tariflərinin müəyyən edilməsi üçün səsvermə keçirilib.

Səsvermə nəticəsində Maksimum Çörək Qiyməti Tarifi belə hazırlanmışdır: "İstanbulda 1 kiloqram çörəyin qiyməti maksimum 40 lirəni keçməmək şərti ilə 200 qram çörəyə 8 TL olacaq", və bu qəbul edilib.
Belə ki, 1 kiloqram çörəyin qiyməti 23 faiz artıb.

Həmçinin qeyd olunub ki, əvvəlki artım Avqust ayında müşahidə olunmuşdu.

0
BAKU.WS