Masallıda yük avtomobilləri toqquşdu - Ağır xəsarət alanlar var

15:48 / 10.11.2023
570

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Fuad Həsrətovun idarə etdiyi “Ford” markalı yük maşını “Kamaz”a çırpılıb.

Qəza nəticəsində “Ford”un sürcüsü və sərnişini ağır bədən xəsarətləri alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0