AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusunu CƏZALANDIRDI

İDMAN
17:24 / 10.11.2023
682

AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.

HİT.az Report-a istinadən xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.

30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” - “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.
Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

0