Bakıda mənzillərin qiyməti bahalaşıb?

İQTİSADİYYAT
15:50 / 27.05.2020
1549

"Karantin rejimi tətbiq olunmamışdan əvvəl ipoteka yolu ilə mənzil almaq istəyən müraciətçilərin mənzil sənədləri təqdim etmə müddəti uzadıldı".

Bu barədə Buta.ws-ə tanınmış əmlak eksperti Mirdaməd Əzizov Bakıda mənzillərin qiymətinin bahalaşması ilə bağlı özəl açıqlaması zamanı deyib.

"Bildiyiniz kimi, məlum pandemiya ilə əlaqədar bütün sahələrdə durğunluq yaşanırdı. Eləcə də, əmlak bazarında da bu tendensiya baş verirdi. Lakin karantin rejiminin yüngülləşdirilməsi prosesindən sonra, əmlak bazarında canlama baş verir. Bu canlanma ən çox çıxarışlı (kupçalı) və ipotekaya yararlı mənzillərdə özünü göstərir. İpotekaya yararlı mənzillər dedikdə, tikilmə tarixi 1970 -ci ildən yuxarı olan, yararsız və yaxın zamanlarda sökülməsi nəzərdə tululmayan binalarda, dövlət qeydiyyatı olan çıxarışlı (kupçalı) mənzillər nəzərdə tutulur. Belə ki, karantin rejimi tətbiq olunmamışdan əvvəl ipoteka yolu ilə mənzil almaq istəyən müraciətçilərin mənzil sənədləri təqdim etmə müddəti uzadıldı. Və bu yaxınlarda yeniden İpoteka və Kredit zəmanət fondu tərəfindən ipoteka ayrılmaları olduğu üçün, hər iki dövrün tələbatçıları əmlak bazarında üstünlük təşkil etməyə başlayıb. Buna baxmayaraq, əmlak bazarında ipotekaya yararlı mənzil təklifləri az olduğu üçün, mənzil qiymətlərində cüzi artım müşahidə olunur. Təklifin az olması qiymət artımına səbəb olur", - deyə ekspert qeyd edib.

0
Buta.ws