Azərbaycan daha bir protokola qoşuldu

ÖLKƏ
16:35 / 11.11.2023
325

Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Azərbaycanın sənədə qoşulmasında məqsəd hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsidir.

0