"Nissan"ın mənfəəti 4 dəfə artdı

AVTO
10:07 / 13.11.2023
1031

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Nissan"ın gəlirləri artıb.

HİT.az xəbər verir ki, şirkətin mənfəəti cari ilin aprel-sentyabr ayında 1,95  milyard dollara çatıb.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Həmçinin, "Nissan"ın satışdan əldə etdiyi qazanc da 30,1% artaraq 39,5 milyard dollar olub. 

Bu statistikaların ardından şirkət gələn il üçün hədəflərini də yüksəldib. Belə ki, "Nissan" 2024-cü ilin sonuna qədər 4 milyard dollar mənfəət, 85,7 milyard dollar isə satış qazancı etməyi hədəfləyir. Üstəlik, gələn il üçün satılacaq avtomobil hədəfi də 3,7 milyon ədəd müəyyən edilib.

Pərviz

0