“Paşa-K” Firması gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə iş başlanıb.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Noyabrın 23-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Güktəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.
485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.
Anar