Noyabrın 13-nə keçən gecə Binəqədinin Matadrom yaşayış massivində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, hadisənin 1999-cu il təvəllüdlü İzmir Savadovun və 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.
Nəticədə H.Əliyev maşından düşərək 24 yaşlı İzmirə bıçaqla xəsarətlər yetirib.
Ətraflı
Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.