Kübra Əliyevaya nə olub? - AÇIQLAMA

MƏDƏNİYYƏT
15:55 / 14.11.2023
508

Əməkdar artist Kübra Əliyeva səhhətində yaranan problemə aydınlıq gətirib.

Aktrisa Hit.az-a açıqlamasında səhhətinin normal olduğunu qeyd edib:

“Heç bir problemim yoxdur. Dizim ağrayır, buna görə həkimə gedib müalicə kursu götürdüm. 20 gün xəstəxanada yatmadan müalicə olunacam. Mənim səhhətimə görə narahat olan tamaşaçılarıma təşəkkür edirəm. Bu sevgini mən özüm qazanmışam”.

Aktrisa deyib ki, səhhətində problem yaranan insan çəkilişə gedə bilməz:

“Yoldayam, bir azdan efirdə məni canlı görəcəksiniz”.

Qeyd edək ki, mətbuatda Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yarandığı və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Azra

0