Qadın işləməlidirmi?

SOSİAL
20:12 / 14.11.2023
642

"Ailədə qız və oğlan uşaqları arasında fərq qoymaq olmaz. Həm qadına, həm kişiyə oxumaq, işləmək vacibdir. Əsasən də, xanımlara. Təbii ki, heç kim işləməyə məcbur edilə bilməz".

 Bu sözləri Hit.az-a psixoloq Könül İsmayılova deyib. 

O bildirib ki, qadının işləməsi cəmiyyətdə birmənalı qarşılanmır. Əsasən də “normal iş” anlayışı buna imkan vermir. Bu anlayış həm ata evində, həm də evləndikdən sonra ər evində də davam edir: "Amma əsasən ailə qurduqdan sonra bir çox qadınların iş xəyalı suya düşür. Buna məntiqi səbəb kimi isə “qadının yeri ərinin yanıdır” misalı göstərilir. Gender bərabərliyi pozularaq qadının işləməsinə icazə verilmir. Ancaq qadın işləməlidir. İşləyib öz ayaqları üzərində dayanmalı, yoldaşına dayaq olmalıdır. Sabah-birigün yoldaşının başına bəd hadisə gələrsə, o ailəyə sahib çıxmalı, kiməsə möhtac qalmamalıdır. Bütün bunları düşünərək analiz etmək və doğru qərar vermək lazımdır".

Sevinc

0